YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

post-img

Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 25-də Çjetsyan vilayətinin paytaxtı Hancou şəhərindəki Çin Kommunist Partiyası vilayət komitəsinin partiya məktəbində bu ölkənin elmi-texniki nailiyyətləri və inkişaf təcrübəsinə həsr olunmuş seminara qatılıb.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, daha sonra T.Budaqov nümayəndə heyətləri rəhbərlərinin Çjetsyan vilayətinin qubernatoru Lyu Cie ilə görüşündə və vilayət rəhbərliyinin adından verilən rəsmi ziyafətdə iştirak edib.

YAP nümayəndə heyəti, həmçinin “ağıllı şəhər” idarəetməsi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə ən son elmi-texniki yeniliklərə nail olan Dahua Texnologiya şirkətinin mənzil-qərargahını və Syaoquçen kəndini ziyarət edib.

Aprelin 26-da nümayəndə heyətinin vilayətin İu şəhərindəki Beynəlxalq Ticarət Mərkəzi, 27-də isə Hancou Şəhər Planlaşdırılması Muzeyi, Hancou şəhər seyrangahı və Lonqtsin kəndini ziyarəti, eləcə də Sihu gölündə gəzintisi təşkil olunub.

Səfər aprelin 27-də başa çatıb.

Son xəbərlər