Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 11-ci bəndinə və 133-cü maddəsinin III hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 1 may 2025-ci il