“Ağ ölüm”ə ölüm!

post-img

2025-ci ilin yanvar-aprel ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 992 cinayət faktı aşkarlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, cinayət faktlarının 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2 min 74-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kiloqram 278,043 qramını marixuana, 140 kiloqram 727,95 qramını heroin, 60 kiloqram 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kiloqram 378,121 qramını digər narkotik vasitələr, 68 kiloqram 104,632 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 4 min 263 ədəd metadon, 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş vətəndaşlardan ümumilikdə 329 kiloqram 616,125 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 30 min 280 nəfər istiqamətləndirilib. Onlar narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib. 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyənləşib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. 

XQ

 

Son xəbərlər