Milli QHT Forumunun İsveçrə səfirinə açıq məktubu

post-img

Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəliyə açıq məktub ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab Səfir,

Son vaxtlar İsveçrədə Azərbaycan əleyhinə fəaliyyətin genişlənməsi, İsveçrə parlamentinin Kantonlar Şurasının (Senatının) “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda kilsə başda olmaqla revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi müşahidə edilir.

Bu günlərdə Bern şəhərində İsveçrə Protestant Kilsəsinin erməni kilsəsi ilə birlikdə Azərbaycanın suveren ərazilərində “erməni irsi” mövzusunda təşkil etdiyi tədbiri də bu seriyanın davamı kimi qəbul edirik.

Azərbaycana qarşı nifrət üzərində qurulan bu iftira kampaniyalarını hiddətlə qarşılayırıq. Belə təşəbbüslər, xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət etdiyini iddia edən bir ölkənin parlamenti tərəfindən irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə, obyektivlik və bitərəflik prinsipinə zidd olaraq, ikili standartların bariz nümunəsinə çevrilir. 21-ci əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir.

İsveçrə real, ədalətli, əsaslı faktlara göz yumaraq, Azərbaycana qarşı iftira kampaniyasının meydançasına çevrilməməlidir. İsveçrədə Azərbaycana qarşı qarayaxma kampaniyasına, ölkəmizin daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır”.

XQ

Son xəbərlər