Azərbaycan–Çin İqtisadi konfransı

post-img

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çin (Quandonq) İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, maliyyə, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkət təmsil olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması münasibətlərimizi yeni mərhələyə yüksəldib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri güclənir. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olan Çinlə ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard ABŞ dollarını ötüb.

Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq Azərbaycanla iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini və ölkəmizin Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini qeyd edib.

Konfransda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, CCPIT-in Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao, Çinin Azərbaycandakı səfiri Lu Mey və başqaları çıxış ediblər.

Tədbirdə AZPROMO və CCPIT-in Quandonq Komitəsi arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Konfrans B2B görüşlərlə davam edib.



Son xəbərlər