Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına evsahibliyi edib

post-img

İyulun 17-də Azərbaycan Respublikası Hesablama Palatasının evsahibliyi ilə Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilib.

Tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavini Krishnan Sangaranın çıxışı ilə başlayıb.

Sonra ev sahibi – Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. O bildirib ki, tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir. O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Tədbirdə İdarə Heyətinin 60 və 61-ci toplantılarının protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrə fəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026–2028-ci illəri əhatə edən büdcə planı nəzərdən keçirilib.

Toplantıda ASOSAI İdarə Heyətinin növbəti toplantısının 2026-cı ildə Astana şəhərində keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.

XQ



Son xəbərlər