Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşü keçirilib.
Çıxışçılar sərhədçilərin peşə bayramını təbrik ediblər. Həmçinin onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmi ilə əldə olunan uğurlardan, eləcə də qüdrətli Silahlı Qüvvələrin, o cümlədən DSX-nin formalaşdırılmasından, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs ediblər.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibətilə hədiyyələr təqdim edilib.
XQ