İlk qarışqalar 130 milyon il əvvəl ortaya çıxıb. Onlar dinozavrlar qədər qədimdir. Lakin sonuncudan fərqli olaraq sağ qalıblar. Qarışqaların Yer üzündə 12 mindən çox növü yaşayır və ümumi sayı isə 10.000 trilyondan çoxdur.
Ən kiçiyinin ölçüsü 2 millimetr, ən böyüyünün (kraliça qarışqası) ölçüsü 5 santimetrdir. Onların iki mədəsi var. Elm adamları bu maraqlı faktı trofallaksiya (qida mübadiləsi) prosesi ilə izah edirlər. Onların mədələrinin biri yeməyi həzm edir. İkinci mədədə toplanan qidadan isə koloniyanın digər üzvləri istifadə edirlər.
Qarışqalar nəhəng strukturlar qura bilirlər. Nəhəng qarışqa yuvalarının uzunluğu bəzən bir neçə min kilometrədək uzanır. Belə superkoloniyalarda 1 milyarddan çox qarışqa yaşayır. Onların qulaqları yoxdur, titrəmələri həssas pəncələri ilə hiss edirlər. Ağciyərləri də yoxdur, kiçik spiralların köməyi ilə nəfəs alırlar. Bundan başqa, hər ailənin özünəməxsus qoxusu var. Bu səbəbdən də koloniyaya aid olmayan yad qarışqa dərhal tanınır və uzaqlaşdırılır. İşçi qarışqalar 5, kraliça qarışqa isə 30 ilədək yaşayır. Arktika və Antarktidadan başqa, planetin bütün guşələrində qarışqaya rast gəlmək mümkündür.
P.ƏFƏNDİ
XQ