Bu gün Naxçıvan mədəniyyətində dərin iz buraxmış, teatr səhnələrində unudulmaz obrazlar yaratmış, Naxçıvan Dövlət Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artist, dəyərli sənətkar Yasəmən Ramazanovanın doğum günüdür.
1958-ci il yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində dünyaya göz açan Yasəmən xanım ömrünü incəsənətə həsr etmişdir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor kimi fəaliyyətə başlayan Yasəmən Ramazanova teatr və səhnə sənətinə mühüm töhfələr vermişdir.
O, Hüseyn Cavidin “Şeyx Sənan”, “Ana”, “Afət”, Cəfər Cabbarlının “Aydın”, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” və digər əsərlərdə yaratdığı obrazlarla teatrsevərlərin qəlbini fəth etmişdir. Eyni zamanda, rejissor kimi də uğurlu işlərə imza atmış, bir çox tamaşaları səhnələşdirmişdir.
Yasəmən xanım ilk dəfə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı obrazı ilə səhnəyə çıxmışdır. Bu gün isə həmin tamaşada, baş rejissor Mir Qabil Əkbərovun quruluşunda Kərbəlayi Fatma obrazını canlandıraraq öz sənət yolunda yeni bir zirvəyə imza atır.
2005-2016-cı illərdə M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışaraq, teatrın repertuarını zənginləşdirmiş və bu sənət ocağının inkişafına əvəzsiz töhfələr vermişdir.
Yasəmən xanım təkcə teatr deyil, televiziya və radio sahəsində də öz izini qoymuşdur. Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə uzun illər əməkdaşlıq edərək, tamaşaçı və dinləyicilərin sevimlisinə çevrilmişdir. Həmçinin dövlət əhəmiyyətli tədbirlərin aparıcısı kimi də diqqət çəkmişdir.
Sənətə və cəmiyyətə xidmətini ömrünün hər anında sevgi və sadiqliklə yerinə yetirən Yasəmən Ramazanovanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Teatr səhnəsinin Afəti
- Mədəniyyət
- 15:41 25.01.2025
- Oxunma sayı: 780



Açar sözlər:
Paylaş:
Mədəniyyət
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır
01:12 08.01.2026Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb
16:41 07.01.2026Lənkəranda uşaqlar üçün növbəti səhnə əsəri nümayiş olunacaq
15:56 07.01.2026Tanınmış botanik alim, nüfuzlu pedaqoq
11:11 07.01.2026Çağdaş türk dilləri ailəsi
11:10 07.01.2026Ankara məktəblərində Azərbaycan ayı
10:10 07.01.2026Şuşa Musiqi Məktəbinə piano hədiyyəsi
13:31 06.01.2026Orta əsrlər intibahı memarlığımızın atası
13:30 06.01.2026Milli musiqimizin 50 yaşlı səs ensiklopediyası
13:28 06.01.2026-
- 01:12 08.01.2026
-
- 22:30 07.01.2026
-
- 21:52 07.01.2026
-
- 20:01 07.01.2026
-
- 19:44 07.01.2026
-
- 19:28 07.01.2026
-
- 19:06 07.01.2026
-
- 18:44 07.01.2026
-
- 18:26 07.01.2026
-
- 18:08 07.01.2026
-
- 18:05 07.01.2026
-
- 17:30 07.01.2026
-
- 17:28 07.01.2026
-
- 17:26 07.01.2026
-
- 17:22 07.01.2026
-
- 17:22 07.01.2026
-
- 17:13 07.01.2026
-
- 17:12 07.01.2026
-
- 16:57 07.01.2026
-
- 16:44 07.01.2026
-
- 16:41 07.01.2026
-
- 16:38 07.01.2026
-
- 16:28 07.01.2026
-
- 16:11 07.01.2026
-
- 16:09 07.01.2026
-
- 16:06 07.01.2026
-
- 16:05 07.01.2026
-
- 15:59 07.01.2026
-
- 15:56 07.01.2026
-
- 15:54 07.01.2026
-
- 15:53 07.01.2026
-
- 15:43 07.01.2026
-
- 15:36 07.01.2026
-
- 15:35 07.01.2026
-
- 15:33 07.01.2026
-
- 15:30 07.01.2026
-
- 15:29 07.01.2026
-
- 15:23 07.01.2026
-
- 14:53 07.01.2026
-
- 14:52 07.01.2026

