Tanınmış rəssamın AMEA-ya yubiley hədiyyəsi

post-img

Azərbaycanın tanınmış rəssamı, Türkiyənin Afyon Kocatepe Universitetinin professoru Məmməd Şirzad Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə bir sıra əsərlərini AMEA-ya bağışlayıb.

Azərbaycan incəsənətini, mədəniyyətini dünyada layiqincə təmsil edən professor Məmməd Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsmlər vardır.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Məmməd Şirzadla görüşüb, rəssama müəllifi olduğu əsərləri akademiyaya bağışladığına görə minnətdarlığını bildirib, qonağa AMEA-nın təşəkkürnaməsini təqdim edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

XQ

Mədəniyyət