Əntiq Əşyalar Muzeyi yenidən açıldı

post-img

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən fəaliyyətə başlayıb.

Uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan muzeydə bərpa və yenidənqurmaq işlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirib. Artıq ziyarətçilər buraya yenidən gəlmək və nadir tarixi eksponatlarla tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib. Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.

XQ

Mədəniyyət