Dostluğu tərənnüm edən film

post-img

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan–İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə iki ölkə kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirib.

Mərasimdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur.

Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan ilə İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsseri Shaul Siman-Tovdur (İsrail), operatorları isə Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).

XQ



Mədəniyyət