“Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi

post-img

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.

Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə müsabiqə iki mərhələdə keçirilib. Seçim zamanı ekspert komissiyası namizədlərin peşəkar fəaliyyətini, bilik-bacarıqlarını qiymətləndirib və yüksək göstəriciləri olan iştirakçıları müəyyənləşdirib.

Müsabiqədə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan 66 müəllim namizəd iştirak edib.

I mərhələnin qaliblərinin açıq dərslərinin videoyazılarına baxış keçirilib və yekun qərar verilib.

19 müəllim müsabiqənin qalibi elan edilib. Onlar “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülərək həm pul mükafatı və diplomlarla təltif ediləcəklər.

Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb.

XQ

Mədəniyyət