№ 402 Bakı şəhəri, 3 noyabr 2023-cü il
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 740; 2006, № 7, maddə 640, № 9, maddə 815; 2011, № 1, maddə 61; 2012, № 5, maddə 468; 2014, № 9, maddə 1129; 2015, № 12, maddə 1589; 2018, № 7 (II kitab), maddə 1643; 2019, № 6, maddə 1154; 2020, № 9, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “9” rəqəmi “11” rəqəmləri ilə əvəz edilsin.
2. 2-ci hissənin “Kollegiyanın üzvləri:” bölməsinə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi” sözlərindən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

