Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 213 Bakı şəhəri, 15 iyul 2025-ci il

“Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 dekabr tarixli 238 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli 3 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 74 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların” sözləri “Bələdiyyələrə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması Qaydaları” üzrə:

2.1. adında və 1-ci hissənin birinci cümləsində “Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların” sözləri “Bələdiyyələrə məxsus hüquqi şəxslərin” sözləri ilə, ikinci cümləsində isə “Müəssisə və təşkilatlar” sözləri “Hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissədə “bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatlar” sözləri “bələdiyyələrə məxsus hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

2.3. 4-cü və 5-ci hissələrdə “Bələdiyyələrin tabeliyində olan müəssisə və təşkilatlar” sözləri “Bələdiyyələrə məxsus hüquqi şəxslər” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları