№ 214 Bakı şəhəri, 15 iyul 2025-ci il
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 264 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66 (Cild I); 2024, № 1, maddələr 96, 110; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 17 aprel tarixli 113 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.3-cü yarımbənddən “və uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair iştirakçılar tərəfindən hər il yanvar ayının 15-dək Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə təqdim edilmiş illik hesabatların toplanması və ya onlar tərəfindən bu hesabatların elektron kabinetləri vasitəsilə daxil edilməsi” sözləri çıxarılsın.
2. 3.2.4-cü yarımbənddə “EHİS-ə” sözü “Elektron Hökuümət İnformasiya sisteminə (bundan sonra - EHİS)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri