№ 299 Bakı şəhəri, 13 oktyabr 2025-ci il
“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 843 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti” sözləri “, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın 2.7-ci bəndində “və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti” sözləri “, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının 2023-cü il yanvarın 1-dən ödənilməsi üçün tədbirlər görsün.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri