№ 365 2 dekabr 2025-ci il, Bakı şəhəri
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; 2025, № 8, maddə 802, № 9, maddə 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 1.1-ci bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasındakı İdarəsi” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 415) ilə təsdiq edilmiş “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.7-ci bəndin ikinci cümləsində “Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin” sözləri “Respublikası diplomatik nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qaydalara 1 nömrəli əlavə - “Nümayəndələrin və onların (aparatlarının) işçilərinin Siyahısı”nın 4-cü hissəsində “Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin” sözləri “Respublikası diplomatik nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

