Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 364 2 dekabr 2025-ci il, Bakı şəhəri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının xarici işlər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.

2. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 740 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları