25 iyun 2025-ci il, saat 15.00-da cəmiyyətin illik yığıncağı AR Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat”-a uyğun olaraq onlayn qaydada keçiriləcəkdir.
Onlayn platforma: iclasın video qeydiyyatı “ZOOM” proqramı vasitəsilə aparılacaqdır.
Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “online” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini aşağıda qeyd olunan “WhatsApp” nömrəsi ilə təmin etsinlər. Qeydiyyata düşənlərə proqramdan istifadə üçün iclasa qoşulma linki və müvafiq təlimat göndəriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Səsvermənin nəticələrinin müəyyən edilməsi üçün hesablama komissiyasının yaradılması.
2. Cəmiyyətin illik hesabatlarının təsdiqi.
3. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) seçilməsi.
4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) seçilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyinin materialları ilə (50) 310-35-52 “WhatsApp” nömrəsinə sorğu ünvanlamaqla tanış olmaq mümkündür.
2024-cü ilin yekunlarına görə səhmdarlara veriləsi dividendlərin alınması üçün səhmdarlardan öz hesablarını təqdim etmələri xahiş olunur.
Cəmiyyətin hüquqi ünvanı – Yevlax şəhəri, Şadlınski küçəsi 43.