Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev iyunun 4-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.
Səfər çərçivəsində millət vəkili ATƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak edəcək, ATƏT məkanında korrupsiya ilə mübarizə adlı sessiyada çıxış edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, səfər iyunun 7-də başa çatacaq.