Şahbaz Şərif: Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim

post-img

Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram.

XQ xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" platformasındakı paylaşımında bildirib.

"Azərbaycan Prezidentini və Azərbaycan xalqını Vətən müharibəsində tarixi qələbənin 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bakıda keçirilən möhtəşəm Zəfər Paradına şahidlik etmək mənim üçün böyük şərəfdir - bu parad Azərbaycanın igidliyini və birliyini nümayiş etdirir. Zəfər Paradı çərçivəsində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Biz tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq", - deyə paylaşımda qeyd olunub.



Siyasət