“1978-ci ildə əsası qoyulmuş bu icma öz fəaliyyətini ayrı-seçkiliyə qarşı mübarizə və dini bərabərliyin müdafiəsi üzərində qurub. Məhz bu prinsiplər kontekstində icma hakimiyyət, güc və səlahiyyət anlayışlarına yanaşmada alternativ seçimlər irəli sürərək dostluq və həmrəylik ideyalarını ön plana çıxarıb. Hazırda sözügedən icma ümumi əhalinin təxminən 1,7–2 faizini təşkil edir. Digər mənbələrə görə isə bu göstərici sistem daxilində mühüm rol oynayan qruplar da daxil olmaqla, 6 faizə qədər yüksəlir”.
XQ xəbər verir ki, bu fikirləri Pəncab əyalətinin İnsan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.
Nazir qeyd edib ki, azlıq təşkil etmələrinə baxmayaraq, icmalar ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm mövqelərə malikdirlər: “Lakin onların siyasi tanınma, dil hüquqları və real inklüzivlik tələbləri uzun illərdir cavabsız qalır. Bu gərginliklərin kökləri 1944-cü illərə qədər gedib çıxır. Həmin dövrdə kənardan irəli sürülən təkliflər və sonrakı mərhələdə qəbul edilən konstitusion yanaşmalar, xüsusilə 1984-cü ildən sonra daha da sərtləşib. Proseslər isə ayrı-seçkini dərinləşdirən və icmalar arasında uçurumu genişləndirən nəticələr doğurmuşdur”.
Nəzrin ELDARQIZI
XQ

