Abbas Abbasov: BTQ-nin hesabatları diskriminasiya hallarının işıqlandırılmasında mühüm rol oynayır

post-img

“Bakı Təşəbbüs Qrupu (BTQ) indiyədək 30-dan çox hesabat və dörd kitab nəşr etdirib, həmçinin BMT qurumlarına bir neçə alternativ hesabat təqdim edib”.

XQ xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda “Hindistanda Siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. 

O bildirib ki, BTQ bununla yanaşı, Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş əsas çağırışları və bu qrupların hüquqlarının qorunmasının, onların tanınmasının və inkişafının təşviqi üzrə tövsiyələri əks etdirən əhatəli hesabatı BMT-yə təqdim edib. Həmin hesabat BMT Baş katibinin 2025-ci il üzrə Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin həyata keçirilməsinə dair Fəaliyyət Proqramı haqqında məruzəsində xüsusi olaraq qeyd edilib.

Nəzrin Eldarqızı

XQ

Siyasət