Mayın 16-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər aşkarlanaraq aidiyyəti təhvil verilib.
Narkotiklərlə bağlı 17, silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Bundan əlavə, həmin gün ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 10 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ