Təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təşviqi davam etdirilir

post-img

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi respublikanın təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təşviqi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Məlumatı DİN mətbuat xidməti verib. 

Elm və Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.

Bakı şəhər 1 nömrəli və Sumqayıt şəhər 2 nömrəli UGİM-in də dəvət olunduğu tədbirdə 6 komanda arasında intellektual yarış keçirilib. Bununla yanaşı, şagirdlərin ifasında yol hərəkəti qaydalarına və təhlükəsiz davranış vərdişlərinə həsr edilmiş mahnı, rəqs və teatr səhnəcikləri nümayiş olunub.

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi çıxış edərək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı təhsil ocaqlarında həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərin müstəsna əhəmiyyət daşıdığını bildirib, yarışda qalib gələn komandaları təltif edib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat