Yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub

post-img

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına cari ilin 4 ayı ərzində 11,4 min müraciət olub, 523 şəxs proqrama cəlb olunub.

Məlumatı ƏƏSMN verib.

Proqramın  “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

Sosial həyat