Tələbələr üçün “Karyera günü”

post-img

Azərbaycan Universitetində tələbələrin iş dünyasına çıxışının dəstəklənməsi məqsədilə növbəti “Karyera günü” təşkil olunub. Aksiyaya müxtəlif profilli 40-a yaxın şirkət və qurum qatılıb. 

Onların arasında dövlət orqanları, özəl müəssisələr və təhsil şirkətləri yer alıb. İşəgötürənlər tələbələrə öz vakansiyalarını, həmçinin tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva stendləri ziyarət edib, tələbələrə təqdim edilən vakansiyalarla tanış olub. O, sərgidə iştirak edən təşkilat və şirkətlərin nümayəndələri ilə söhbət edib, fikir mübadiləsi aparıb.

Şirkət və təşkilatların nümayəndələri, insan resursları üzrə menecerləri tələbələrin təqdim etdiyi CV və anketləri qəbul edib, onlara işə qəbul prosesinin mərhələləri, effektiv müraciət üsulları və iş müsahibələrinə hazırlıqla bağlı faydalı tövsiyələr verib, həmçinin sualları cavablandırıblar.

XQ

 

Sosial həyat