Polis tərəfindən 1527 ədəd çətənə kolu məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 15-də ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb. 

Məlumatı DİN-in mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, bundan əlavə, yabanı halda bitmiş 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat