DGK sədri Naxçıvan Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub

post-img

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirilmə Mərkəzində, “Sədərək”, “Culfa” və “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə tanış olub.

Aldığımız məlumata görə, komitə sədrinə xidmətin təşkili, gömrük sistemindəki layihə və yeniliklərin tətbiqi, inzibatçılığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar, aparılan yenidənqurma işləri barədə məlumat verilib, gömrük işinin səmərəliliyinin daha da artırılması ilə bağlı müzakirələr aparılıb.

Həmçinin sərhədkeçmə, rəsmiləşdirilmə, tranzit  əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, yük axınlarının səmərəli idarə olunması, xidmət səviyyəsinin yüksəldilməsi, məmnunluğun artırılması ilə bağlı tapşırıq və tövsiyyələr verilib.  





















Sosial həyat