Vəkillər Kollegiyasının sədri Kembric Universitetinə qəbul olunan vəkillə görüşüb

post-img

2025-ci il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan, Böyük Britaniyanın Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına bu il qəbul olunan VK-nın üzvü Gülzada Mirzəməmmədova ilə görüş keçirib.

XQ xəbər verir ki, kollegiyanın inzibati binasında baş tutan görüşdə sədr Anar Bağırov gənc vəkili təbrik edərək bu nailiyyəti həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi üçün qürurverici hadisə kimi qiymətləndirib. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan sədr Gülzada Mirzəməmmədovaya akademik fəaliyyətində və gələcək peşə karyerasında uğurlar arzulayaraq, belə nümunələrin ölkəmizdə gənc hüquqşünasların inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. 

Gülzada Mirzəməmmədova səmimi görüşə görə minnətdarlığını bildirib, təhsil planları və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.

XQ

Sosial həyat