Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Ruhun səyahəti” adlı yoqa və səs terapiyası təşkil olunub.
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə reabilitasiya xidmətinə cəlb edilmiş 30 nəfərdən çox əlilliyi olan şəxs qatılıb.Yoqa təlimini Qafar Qənizadə və səs terapiyasını isə İlhamə Babayeva həyata keçirib.
Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bu baxımdan yoqa təlimləri alternativ reabilitasiya metodu kimi mərkəzlərdə davamlı olaraq həyata keçirilir.
Mustafa KAMAL
XQ