Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr 2025-ci il tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]