“Səbrin intiqamı”

post-img

Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə Birinci və İkinci Qarabağ müharibələrinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun döyüş yolundan bəhs edən “Səbrin intiqamı” kitabının təqdimatı keçirilib.

Müəllifi jurnalist Ötərxan Eltac, redaktoru professor Gülarə Aydın olan kitabda qazilik qazanmış yenilməz əsgərin hünəri tərənnüm edilir. Elsevər döyüş meydanında düşmənin çoxlu sursat anbarlarının sıradan çıxarılmasında, ağır texnikasının və iriçaplı silahlarının qənimət kimi ələ keçirilməsində, əvəzsiz xidmətlər göstərib. Bütün bunların fonunda Elsevərin döyüş yoluna işıq tutulub.

Qəhrəmanlıq dastanına işıq tutan Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, aparıcı Güllü Eldar Tomarlı, professorlar Gülarə Aydın və Ziyadxan Nəbibəyli, qazi hərbçilər Babək Aslanov, Muxtar Həşimov, Xəyyam Nəsirov, Əli Hümbətov və başqaları müəllifin can yanğısı ilə yazdığı kitabın gənc nəslə bir qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar.

Ötərxan Eltac isə qeyd edib ki, bu, onun vətənpərvərlik mövzusunda qələmə aldığı 12-ci kitabıdır və bu sahədə yaradıcılıq axtarışları davam edəcək.

XQ

Sosial həyat