Özünüməşğulluq proqramı üzrə son bir ayda 650-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Nazirlikdən XQ-yə bildirilib ki, ötən ay paytaxt və regionlarda daha 654 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Verilmiş aktivlər hesabına onlardan 372-si istehsal və xidmət, qalanları kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir.

Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

 

Sosial həyat