Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 14-15 dekabr tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək. 

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil ediləcək 11-ci Qlobal Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.

Forumda “BMTSA: İnsanlıq naminə iki onillik dialoq – çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması” mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

XQ

Sosial həyat