Ötən ildə fermerlərə dəymiş zərərə görə sığorta ödənişi edilib

post-img

2025-ci ildə ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən fermer təsərrüfatlarına 9 milyon 147 min manat məbləğində aqrar sığorta ödənişi həyata keçirilib.

Bu göstərici əvvəlki ildə həyata keçirilmiş ödənişlərlə müqayisədə 2,7 milyon manat və ya 43 faiz çoxdur.

2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas hissəsi şaftalı, nektarin, badam bağlarına, eləcə də taxıl, qarğıdalı və digər əkinlərə aid olub.

Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən indiyədək 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.

Fond fermerlərə və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat məbləğində sığorta ödənişi həyata keçirib.

XQ

Sosial həyat