ABŞ-İran danışıqları təhlükə altındadır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın İran şəhərlərinə son hücumu sülh danışıqlarının dalana dirəndiyi, İranın Hörmüz boğazını saxlamağa davam etdiyi, enerji təchizatını pozduğu və neft qiymətlərini artırdığı bir vaxta təsadüf edir.

ABŞ və İran ardıcıl ikinci gündür ki, bir-birinə zərbələr endirirlər. Vaşinqton Tehranı üç aylıq müharibəyə son qoymaq üçün danışıqları pozmaqda ittiham edir.

İran mediası ölkənin cənubunda, Hörmüz boğazı yaxınlığında partlayışlar barədə məlumat verib: zərbə səsləri Bəndər Abbas, Qeşm və Minabda eşidilib və mənbələr “düşmən mərmilərinin” Qarqana və Sirik ərazilərinə düşdüyünü iddia ediblər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “İranın hərbi kəşfiyyat, rabitə və hava hücumundan müdafiə aktivlərinə” qarşı bir sıra zərbələr endirdiyini bildirib: “ABŞ qüvvələri regional sulardan keçən ABŞ hərbi heyəti və beynəlxalq ticarət gəmiləri üçün təhlükə yaradan İran hədəflərinə dəqiq idarə olunan zərbələr endirib”.

P.ƏMİRCANOV
XQ

 

Dünya