Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə “özünümüdafiə” çərçivəsində İrandakı müxtəlif hədəflərə 10 iyundan başlayan əlavə zərbələrin başa çatdığını elan edib.
Məlumatı “Anadolu” verib.
Mərkəzi Komandanlıq (CENTCOM) açıqlamasında əməliyyatın İran ərazisində hərbi müşahidə, rabitə və hava hücumundan müdafiə qurğularını hədəf aldığını bildirib.
Qeyd olunur ki, ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Hava Qüvvələri və Donanmasının bölmələri, Amerika tərəfinin fikrincə, bölgədəki ABŞ qoşunları və beynəlxalq ticarət gəmiçiliyi üçün təhlükə yaradan hədəflərə dəqiq idarə olunan sursatlarla zərbələr endirib.
Bəyanatda hücumların İranın “əsassız və davam edən təcavüzünə” cavab olduğu iddia edilir. Həmçinin, ABŞ qüvvələrinin “ayıq, zərbə endirməyə və hərəkətə tam hazır” qaldığı vurğulanır.
P.ƏMİRCANOV
XQ

