Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.
AAF-dan verilən məlumata görə, növbəti avadanlıqlar “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və “Təhsil”Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.
Qabil YUSİFOĞLU
XQ





