Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin şərh edilməsinə dair Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 30-na təyin olunmuş iclasında baxılacaq.
XQ

