Aeroflot əcnəbilərə sabit bilet satışını dayandıracaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiyanın Aeroflot şirkəti 15 iyundan etibarən sabit biletlərin satış qaydalarını dəyişdirir. Daşıyıcının mətbuata açıqlamasına görə, şirkət yüksək tələbat və “bu proqramın sosial əhəmiyyəti” səbəbindən əcnəbilərə bu biletlərin satışını dayandırıb.

Şirkətin məlumatına görə, 2025-ci ildə Uzaq Şərq istiqamətlərinə sabit biletlərlə 1,5 milyon sərnişin səyahət edib. Keçən il Moskva ilə Kalininqrad arasında 831 mindən çox sərnişin bu tarifdən istifadə edib. Moskva ilə Uzaq Şərqin doqquz şəhəri arasında, eləcə də Moskva ilə Kalininqrad arasında uçuşlar üçün sabit biletlər mövcuddur. Bu biletlərin qiymətləri maya dəyərindən aşağıdır və uçuş tarixindən asılı deyil. Fevral ayında Aeroflot 2024-cü ildən bəri ilk dəfə sabit tariflərini indeksləşdirib. Artım  martın 29-dan qüvvəyə minib. 

Xüsusilə, Moskvadan Uzaq Şərq şəhərlərinə uçuşlar üçün bilet qiymətləri təxminən 16 faiz artıb. Şirkət tarif artımını hava limanlarında yerüstü xidmət xərclərinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirir. Daşıyıcının baş direktoru Sergey Aleksandrovski bilet qiymətlərinin artması riski barədə xəbərdarlıq edib.

Hazırladı:
M.MİRZƏ
XQ

Dünya