“YAŞAT” Fondu şəhid Zərbəli Qafarovun ailəsinə dəstək göstərib

post-img

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhid Zərbəli Vidadi oğlu Qafarovun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırıb.

XQ xəbər verir ki, onun övladları Xalidə və Həsən fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub, eləcə də məktəbli ləvazimatları ilə təmin ediliblər.

Həmçinin Xalidə fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universitetinin "Dünya" Məktəbində təhsil alır.

Qeyd edək ki, şəhid Zərbəli Qafarov barədə daha ətraflı link vasitəsilə məlumat ala bilərsiniz.

Onu da bildirək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.

Sosial həyat