Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi Nərimanov rayonunda ağacəkmə aksiyası təşkil edib. BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, ekoloji könüllülər yaşıl hərəkatda fəal iştirak ediblər.
Ərazi yararsız tullantılardan təmizlənərək Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 yeni ağac əkilib.
Aksiya Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdiriləcək.
XQ

