ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqdan imtina edir

post-img

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus ölkəsinin bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacağını bildirib. O, əlavə edib ki, birbaşa danışıqların vaxtı çatıb.

"Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. "Mülayim görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik", - deyən xanım Bryus ABŞ-ın hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcəyini bildirib.

Aprelin 29-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “tam, davamlı atəşkəs və münaqişəyə son qoymağa” çalışır.

S.ELAY

XQ


@xalqqazeti ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqdan imtina edir #xeberler #kesfet #keşfet #USA #Ukraine #Avropa #ABŞ #Rusya #ukraine ♬ оригинальный звук - xalqqazeti

Dünya