Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa Ukrayna münaqişəsinin həlli üzrə danışıqların “uğursuzluğu” halında Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Tədbirlər ABŞ senatorunun təklif etdiyi ikinci dərəcəli sanksiyalar qanun layihəsi ilə əlaqələndirilə bilər. Bu barədə AFP-yə Barro məlumat verib.
Mayın 1-də respublikaçı senator Lindsi Qrem Rusiya Federasiyasına qarşı ikinci dərəcəli sanksiyalara dair layihə hazırlayıb. Buna əsasən, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faizlik rüsumun tətbiqi təklif edilir.
“Biz, avropalılar, Amerikanın bu təşəbbüsünü 17-ci sanksiyalar paketi ilə müşayiət edəcəyik və dünən mən Lindsey Qrem qarşısında öhdəlik götürdüm ki, bu iki paketi əlaqələndirməyə çalışacağıq”, - Jan-Noel Barro AFP-yə bildirib.
Fevralda ABŞ prezidenti Rusiyaya qarşı bütün məhdudiyyətləri daha bir il uzadıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin həllinə mane olmamaq üçün Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmir.
S.ELAY
XQ