Pakistanda partlayış: 4 nəfər ölüb

post-img

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Killa Abdulla şəhərində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. 

Məlumatı “Anadolu” verib. 

Komissarın müavini Abdullah Riaz hadisənin gecə saatlarında yerli bazarın yaxınlığında baş verdiyini deyib. Partlayıcılarla dolu avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə ticarət pavilyonu və yaxınlıqdakı binalar zərər görüb.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind hücumu pisləyərək, hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Hazırda heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, yerli media xəbər verir ki, partlayışın arxasında əvvəllər təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirən separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) qruplaşması dayana bilər.

P.ƏMİRCANOV
XQ

Dünya