Peskov: Putinin NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı mövqeyi başa düşülür

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin NATO-nun şərqə doğru genişlənməsinin yolverilməzliyi ilə bağlı izahatlarının artıq başa düşüldüyü faktını alqışlayıb. Kreml nümayəndəsi qeyd edib ki, ABŞ, digərləri ilə yanaşı, Rusiyanın mövqeyini anlayır. 

Məlumatı “Kommersant” verib. 

“Prezident Putin ardıcıl olaraq həmsöhbətlərinə, o cümlədən Amerika nümayəndələrinə Rusiya Federasiyasının strateji maraqları baxımından NATO-nun şərqə doğru genişlənməsinin yolverilməzliyi ilə bağlı mövqeyimizi çatdırır. Biz şadıq ki, prezidentin bu izahatları Vaşinqtonda da başa düşülür”, - Dmitri Peskov jurnalistlərə deyib.

Bir gün əvvəl ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını haqlı narahatlıq adlandırıb. Onun sözlərinə görə, alyans bu məsələdə yanaşmasını dəyişə bilər, lakin yekun qərarı Donald Tramp verməlidir. Vladimir Putin Kiyevin NATO-ya üzv olmaqdan imtinasını Ukraynada sülh yolu ilə nizamlamanın şərtlərindən biri adlandırıb.

P.ƏMİRCANOV
XQ

Dünya