Moskva məhkəməsi rusiyalı şoumen və aktyor Dmitri Nağıyevi kommunal xərclərini ödəməyə məcbur edib. Bu barədə cümə günü “RİA Novosti” xəbər verib.
“Yaşayış sahəsi və kommunal ödənişlər, istilik və elektrik enerjisi haqqının tutulması üçün məhkəmə qərarı çıxarılıb”, - agentliyin mənbəsi aydınlıq gətirib.
Lakin mənbə borcun məbləğini açıqlamayıb.
Bundan əvvəl aktrisa və teleaparıcı Larisa Quzeevadan da kommunal ödənişlərə görə borc tutulmuşdu. Bu barədə Moskvanın Sülh Məhkəməsi qərar verib.
Ötən ilin sonunda məlum olub ki, Sankt-Peterburq hakimiyyəti Dmitri Nağıyevin oğluna qarşı iddia qaldırıb. 35 yaşlı aktyor Kirill Nağıyev daşınmaz əmlakın kirayəsi ilə bağlı problemlər yaşayıb.
P.ƏMİRCANOV
XQ