İndiki Ermənistan ərazisindəki Göyçə gölündə (“Sevan gölü”) suyun səviyyəsi bu il iyulun 7-dən 13-nə kimi 2 santimetr aşağı düşüb. Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə də 2 santimetr azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, iyulun 7-dən 13-dək Arpa-Sevan su kanalı ilə Göyçə gölünə verilən suyun həcmi 1,015 milyon kubmetr təşkil edib. Bu göstərici yanvarın 1-dən iyulun 13-də isə 95,632 milyon kubmetr olub. İyulun 7-dən 13-dək Göyçə gölündən Hrazdan Su Elektrik Stansiyasının şaquli kanalı ilə axıdılan suyun həcmi isə 13,059 milyon kubmetr təşkil edib.
Bəzi məlumatlara görə, göldə suyun səviyyəsinin aşağı düşməsi ilə yanaşı, çirklənmə də narahatlıq yaradır.
Xətayi Əzizov
AZƏRTAC-ınxüsusi müxbri
Tbilisi